image-2000x150
image-img_20220127_143124backend

“Rusiyada Azərbaycan icmasına rəhbərlik etmək böyük məsuliyyətdir”

image-768x150

Elşən İbrahimov: “Təəssüf ki, Rusiyadakı ziyalılarımızın əsas hissəsi cəmiyyətlərdən aralı düşüblər”

Bu gün Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin (azmosobl.ru) sədri Elşən İbrahimovun 55 yaşı tamam olur. “Diaspornews.az” olaraq Elşən İbrahimovu 55 yaş tamam olması münasibətilə təbrik edirik. Elə doğum günündə Elşən İbrahimovla perspektiv planları ilə bağlı müsahibə etdik.

image-img-20220127-wa0019

-Elşən müəllim, öcə özünüz haqda danışmağınızı istərdik.
-Mən – İbrahimov Elşən Mustafa oğlu 1967-ci ildə Ucar rayonunda anadan olmuşam. 9 il Bakıbaştikinti idarəsinin Dərnəgüldə yerləşən 8 nömrəli dəmir-beton məmulatları zavodunda mühasib, baş mühasibin müavini vəzifələrində işləmişəm. Həmin zavodun 320 nəfər işçisi var idi. 1992-ci ildə, Çeçenistanda müharibə başladıqdan sonra, dəmir yolu bağlandı və bizə Ukraynanın Krivoy-Roq, Anikeevka, Donetsk və başqa şəhərlərdən gələn metal məmulatlarının Bakıya gətirilməsi dayandı. 1995-ci ildən 3 il Türkiyədə çalışdım, 1998-ci ildən isə qohumların çoxunun Rusiyada olnağını nəzərə alıb buraya köçdüm. 2003-cü ildən Mockva vilayətinin Azərbaycan icmasının fəallarındanam. 2012-ci ildən Moskva vilayəti Azərbaycanlılarının İstra rayonu yerli Milli-Mədəni Muxtariyyətinin, 2018-ci ildən Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin (azmosobl.ru) sədriyəm. Evliyəm, iki övladım var.

image-img-20220127-wa0012

-55 yaşınızı qeyd edirsiniz. Bu yaşda diaspor məsuliyyətini necə hiss edirsiz?
-Mənə belə gəlir ki, məsuliyyət hissi insanlarda hər zaman olsa yaxşıdır, hətta uşağlıq vaxtlarından. Rusiyada Azərbaycan icmasına rəhbərlik etmək, yerli, regional və federal olmasından asılı olmayaraq, böyük məsuliyyətdir. 55 illik yubileyimi Moskva vılayətinin Dedovsk şəhərində olan sağlamlıqları məhdud olan şagirdlər üçün internat-məktəbdə komandamızla bərabər keçirtdik. Həmin gün uşaqlara hədiyyələr verdik və konsert proqramı təşkil etdik.

image-img-20220127-wa0018

-Rusiyadakı ziyalılarımız diaspor olaraq nə dərəcədə bir araya gəlirləblər?
-Təəssüf ki, ziyalılarımızın əsas hissəsi cəmiyyətlərdən aralı düşüblər. Bunun da əsas səbəbi cəmiyyətlərdə olan bəzi xoşagəlməz hallar, özbaşınalıqlar, ictimai iş olmasına baxmayaraq yuxarı vəzifələrdə naşı, savadsız, vəzifəsinin öhdəsindən gələ bilməyən insanların olmasıdır. Amma vətənimizi, xalqımızı sevən və öz fəaliyyəti ilə bizi və digər cəmiyyətləri dəstəkləyən ziyalılarımız da çoxdur. Biz bunu Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Lütfüzadənin yubileylərini təşkil edərkən gördük.
İndi də fevral ayında Rusiya Neft İnstitunda professor Eyyub Tağıyevin 110 illik yubileyinə hazırlaşırıq. Yanvarın 20-də Moskva tatarlarının qərargahında 1990-cı ilin 20 yanvar və Kazaxıstandakı hadisələrə həsr olunmuş dəyirmi masa təşkil edəcəyik. Şübəsiz ki, ziyalılarsız bu işləri görmək çətin olardı.

image-img-20220127-wa0017
-Moskvadakı soydaşlarımız yerli elita ilə hansı formada birgə çalışırlar?
– Davamlı əməkdaşlıq demək olar ki, yoxdur. Amma istisnalar var. Bu, biznes və mədəniyyət sahəsində özünü daha çox göstərir.

image-img-20220127-wa0014

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki