image-2000x150
image-fb_img_1643833157639backend

Rusiyada Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü qeyd edilib

image-768x150

Rusiyanın Podolsk şəhərindəki 34 saylı tam orta məktəbin tarixi muzeyində Həzi Aslanovun adına güşənin açılışı olub

Fevralın 2-də Rusiyanın Podolsk şəhərindəki 34 saylı tam orta məktəbdə Tank Qüvvələrinin qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 112-ci ildönümünə həsr oluna “Əbədi olaraq xalqın qəlbində” adlı tədbir keçirilib.
“Diaspornews.az” xəbər verir ki, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının təşəbbüs və təşkilatçılığı ilə keçirilən tədbir zamanı məktəbdəki “Onlar Moskvanı müdafiə ediblər” adlı tarixi muzeyində Həzi Aslanovun adına güşənin açılışı olub.
Tədbirdə Moskva Müharibə Veteranları Komitəsinin informasiya şöbəsinin müdiri, 139-cu Atıcı Diviziyasının Veteranlar Şurasının sədri Selixov Vladimir Alekseyeviç, ehtiyatda olan polkovnik Vidadi Həsənov, “Əfsanəvi Maresyev” layihəsinin müəllifi və rəhbəri, Boloqoye şəhərinin fəxri vətəndaşı Sadovnikov Mixail Qriqoryeviç, pedaqoq-müəllimə İrina Silina, Böyük Vətən müharibəsi veteran Roxlina Mariya Mixaylovna, Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Zaur Paşayev, gənclər və ictimai təşkilatların nümayəndələri, diaspor fəalları iştirak ediblər.
Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov çıxışında qeyd edib ki, Böyük Vətən müharibəsində xalqlarımızın qələbəsi ümumidir: “Qürur hissi ilə bildirirəm ki, təşkilatımızın təşəbbüsü ilə Rusiyada Azərbaycan xalqının görkəmli oğul və qızlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bu, İkinci Dünya müharibəsində iştirak etmiş Azərbaycan döyüşçülərinin axtarışı, onların xatirələrinin əbədiləşdirlməsi və s. tədbirlərdir. Həzi Aslanov, Qafur Məmmədov, İsrafil Məmmədov və başqalarının xatirələrinin əbədiləşdirilməsi işini davam etdirəcəyik. Bütün iştirakçılara və təşkilatçılara təşəkkür edirik”.
Tədbirdə Rusiyanın “Zvezda” televiziya kanalının əməkdaşı Yelena Milyayeva iştirak edib. O, Azərbaycana səfər edərək Həzi Aslanov haqqında “Ordu əfsanəsi Həzi Aslanov” filmini hazırlayıb. Yelena Milyayeva bu haqda öz təəssüratlarını tədbir iştirakçılarına danışıb.
Tədbirə Azərbaycandan onlayn olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri, Belarusun Əməkdar idman ustası Natiq Bağırov, Bakı şəhər Əliheydər Kazımov adına 228 saylı məktəbin direktor müavini Səadət Həmidova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, jurnalist Fuad Hüseynzadə qoşulublar. Onlar Azərbaycanın qəhrəman oğlunun xatirəsini əziz tutduqlarına görə məktəb rəhbərliyinə və diaspor üzvlərinə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Azərbaycan diasporu adından Həzi Aslanovun üç böyük portiretini muzeyə təqdim edilib. Həmçinin, soydaşlarımızın faşizmə qarşı mübarizəsindən, bu mübarizədə sərgilədiyi qəhrəmanlqılardan bəhs edən “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı muzeyə hədiyyə edilib.

image-fb_img_1643833161857

image-fb_img_1643833177036

image-fb_img_1643833169999

image-fb_img_1643833164990

image-fb_img_1643833187097

image-fb_img_1643833172945

image-fb_img_1643833182551

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki