image-2000x150
image-img_3174backend

Rusiyada keçirilən “Xalqlar dostluğu” bayram tədbirində Azərbaycan təmsil olunub

image-768x150

Rusiyanın Mıtişi şəhərinin, “Yauza” İncəsnət sarayında hər il “Xalqlar dostluğu” adlı bayram keçirilir. Bu il, həmçinin yüksək səviyyədə bayram təşkil edilib. Festivalda ruslar, tatarlar, qazaxlar, beloruslar, osetinlər, avarlar, moldoviyalılar, koreyalılar, qaraçılar, yahudilər və əlbəttə ki, azərbaycanlılar da öz milli koloritlərini nümayiş ediriblər.

Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkilatının Qadınlar bölməsini sədri Ulduz Əsgərovanın təşkilatıçılığı altında Azərbaycan layiqincə öz rəngarəng mədəniyyətini təmsil edib.

Ulduz Əsgərova saytımıza bildirib ki, “Xalqlar dostluğu” bayramı çərçivəsində Azərbaycan həm də öz milli bayramını, “Nar bayramını” qeyd etdi: “Bir daha dünyaya nar Azərbaycanın milli simvolu olduğunu xatırlandı.

Konsert proqramında Azərbaycan, həmçinin öz sözünü layiqcəsinə dedi. Rəna Qafarlının ifasında iki milli rəqsimiz nümaiş olundu. “Mənim Azərbaycanım” rəqsi, vətənə həsr olunmuşdur və tamaşaçılar tərəfindən sevgi ilə qarşılanmışdır. İkinci ifa “Popurri” rəqsi böyük uğur qazanaraq, bir daha sübut etdi ki, qədim Azərbaycan rəqsləri daim yaşdırlır”.

Tədbirin sonunda bütün qonaqlara Azərbaycan narı hədiyyə olaraq paylanılıb.

image-img_3176 image-img_3175 image-img_3172 image-img_3168 image-img_3169 image-img_3170 image-img_3167 image-img_3166

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki