image-2000x150
backend

Rusiyada yaşayan həkim-yazar Sabit Əliyevin doğum gündür

image-768x150

Bu gün Moskvada yaşayan həkim-yazar, diaspor fəalı, Rusiya Professional Yazıçılar İttifaqının üzvü Sabit Əliyevin doğum günüdür. Sabit Əliyev artıq xaricdə məşhur yazıçı olaraq özünü təsdiq edib. Onun əsərlərinin beynəlxalq onlayn kitabxanlarda olması qürurvericidir. Həmyerlimiz bir yazıçı olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində səylərimi əsirgəmir. Əsərlərinin qəhrəmanlarının xarakterində azərbaycançılıq özünü daim büruzə verir.
Xatırladaq ki, Sabit Əliyev 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü, 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür.
2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib, üç uşağı var.
Sabit Əliyevin ilk üç kitabında (“Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş”) Moskva həyatının təəssüratları öz əksini tapıb. Ondan artıq hekayənin müəllifidir. Üç hekayəsi- “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən ruhlanaraq “Mənim evim Şuşa” adlı kitab yazıb.
Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və dünyanın bütün elektron kitabxanalarında satılır.
“Diaspornews.az” olaraq Sabit Əliyevi doğum günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıclıq uğurları arzulayırq!

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki