image-2000x150
image-16455533915407645802_750x500backend

Rusiyadakı diasporumuz da Moskva bəyannaməsində qeyd edilən fəaliyyətlərə töhfə verəcək

image-768x150

Xəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bəyannaməyə görə, demək olar ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq dərinləşdiriləşdiriləcək, eləcə də irimiqyaslı tədbirlər keçiriləcək. Sənəddə diaspor təşkilatlarının fəaliyyətlərininin təşviq olunması da öz əksini tapıb: “Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”.
Bu bəyannamənin imzalanması Rusiyadakı diasporumuz tərəfindən sevinclə qarşılanıb.

image-img-20220224-wa0052

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” xalq ansamblının yaradıcısı və ditektoru Səadət Qarayeva “Diaspornews.aza bildirib ki, Moskva bəyannaməsində qeyd edilən diaspor və konsert-qastrol fəaliyyətləri istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə öz töhfələrini verəcəklərini bildirib: “Bizim üçün Azərbaycan mədəniyyətinin xaricdə təbliği hər zaman prioritetdir. Moskva bəyannaməsində bu kimi fəaliyyətlərin də qeyd edilməsi bizi çox sevindirdi. Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar yurdu” xalq rəqs ansamblı da məhz bu missiyanı həyata keçirir.  “Odlar yurdu” rəqs ansamblı Azərbaycanın xaricində iki ansambldan biridir ki, rəsmi şəkildə “Xalq” adını daşıyır. Biz vətənimizdən kənarda azərbaycançılığı qoruyaraq mədəniyyətimizi layiqincə təmsil edirik. Əsas iş məqsədimiz Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, tarixinin Krasnoyarsk şəhərində, Krasnoyarsk diyarında, Rusiyada və həmçinin ölkə xaricində tanıtmaqdır. 15 il ərzində “Odlar yurdu” xalq rəqs ansamblı bütün Rusiya və bir çox beynəlxalq festivalların qalibi olub”.
O deyib ki, Moskva bəyannaməni əsas götürərək bu il silsilə tədbirlər keçirəcəklər: “Biz Qarabağa səfər edib konsert vermək istərdik. “Odlar yurdu” rəqs ansamblının əsas üzvləri Qarabağdan qaçqın və məcburi köçkün olanların nəvə-nəticələridir. Onların ən böyük arzusu doğma Vətənimizə, Mədəniyyət paytaxtı olan Şuşaya genişmiqyaslı proqramla gəlməkdir. Eyni zamanda, arzumuz  “Odlar yurdu” rəqs ansamblının 15 illiyi yubileyini Şuaşa da qeyd etməkdir. İstərdik ki, bizim həmyerlilərimiz azərbaycanlı uşaqların, azərbaycanlı gənclərin uzaq Sibirdə necə çalışdıqlarına, öz mədəniyyətini, folklorunu necə dəstəklədiklərinə şahid olsunlar. Moskva bəyannaməsi bizə bu və digər istiqamətlərdə fəaliyyətlərimizi həyata keçirməyə geniş perspektivlər vəd edir”.

image-img_20220224_175001

Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov bildirib ki, bu gün Rusiya-Azərbaycan münas əlaqələri yüksələn xətlə inkişaf edir: “Həmçinin iki ölkə prezidentləri arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibəti var. 2022-ci ildə Rusiya-Azərbaycan arasında Moskva bəyannaməsinin imzalanması ilə çox əhəmiyyətli oldu. Bunu həm də Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar. Moskva Bəyannaməsi hər iki ölkənin və xalqlarının maraqlarına uyğundur”.

Şahin Məmmədovun sözlərinə görə,
Moskva bəyannaməsi Azərbaycan diasporunun Rusiyada fəallığının artmasına və daha da güclənməsinə geniş imkanlar qazandırır: “İnanırıq ki, bu sənədə əsasən icra ediləcək layihələr iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Biz də Şimali Osetiya diasporu olaraq Bəyannamədə öz əksini tapan aidiyyəti fəaliyyətlər üzrə tədbirlər edəcəyik”.

image-img_20220224_172621

Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Əli Kazımov bildirib ki, Moskva bəyannaməsi dövlətlərarası münasibətlərin  keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır sənəddir: “Bu strateji sənəd aparılan  danışıqların mərkəzi elementi və əsas yekunudur. Bu bəyannamənin Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Azərbaycan və Rusiya möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirəcəkdir”.

Onun fikrincə, ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var.
“Düşünülmüş və vaxtında atılmış tarixi addımdır”,- deyə Əli Kazımov əlavə edib.

image-img_20220224_100602

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov bildirib ki, Moskva bəyənnaməsinin imzalanması ilə ölkələrimiz arasında olan münasibətlər yeni bir dövrə gədəm goyur: “Şubhəsiz ki, 43 maddənin hamısı əhəmiyyətlidir, lakin diqqətimizi çəkən əsas 1-ci maddə, yəni ölkələrimizin bir-birinin dövlət müstəqilliyini tanımaları, ərazi bütövluyu və sərhəd toxunulmazlığıdır.
Daha sonra 41-ci maddənin üzərində dayanmaq istərdim. Rusiyada və Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatların arasında ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması və birgə fəaliyyətlərinin tənzim edilməsi və 40-cı maddə xalqlarımızın bir-biri ilə daha da yaxından tanış olması və ünsiyyəti üçün hər iki ölkənin diaspor təşkilatlarının fəaliyyətindən bəhrələnmək baxımından önəmlidir. Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin idarə heyəti adından çıxış edərək söyləmək istəyirəm ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanan qarşılıqlı fəaliyyət haqqında müttəfiqlik ( və ya ittifaq) bəyənnaməsini alqışlayır və dəstəkləyirik”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki