Mayın 23-də Rusiyanın Dövlət Dumasının Kiçik Zalında “İqtisadi, siyasi və maliyyə sanksiyaları şəraitində Rusiyada antiböhran tənzimlənməsinin və struktur dəyişikliklərinin hüquqi əsasları” mövzusunda dəyirmi masa keçirilib.
“Diaspornews.az” xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov, Dövlət Dumasının deputatları, federal və icra hakimiyyəti orqanlarının nümayəndələri, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov və digər ictimai birliklərin üzvləri dəyirmi masanın işində iştirak ediblər.
Dəyirmi masada Kənd Təsərrüfatı Elmləri sahəsində təşkilatların fəaliyyətinin əlaqələndirilməsi Departamentinin direktoru Vüqar Bağırov da çıxış edib.