image-2000x150
image-fb_img_1663785341616backend

Rusiyanın Kirov vilayətindəki soydaşlarımız Ermənistanın təxribatları ilə bağlı yerli rəsmilərə müraciət edib

image-768x150

Rusiyanın Kirov vilayətində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Rusiya rəsmilərinə müraciət edib.

 

“Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyevin adından  Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrova ünvanlanan bəyanatda 12-13 sentyabr 2022-ci il tarixində törədilən hərbi təxribata diqqət cəlb edilib.

 

Ermənistanın bu qəbuledilməz davranışla Rusiyanın da marağında olduğu sülh sazişinin imzalanmasına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı irimiqyaslı quruculuq işlərinə mane olmaq, beynəlxalq hüquq normalarına zidd olaraq separatçılıq hərəkətlərini davam etdirmək məqsədi güddüyü vurğulanıb.

 

Nəzərə çatdırılıb ki, Azərbaycan öz ərazilərinin suverenliyinin və bütövlüyünün, eləcə də hərbi qulluqçularımızın, o cümlədən Qarabağ iqtisadi rayonunda infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində qətiyyətli cavab tədbirləri görüb. Bununla döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb.

 

Soydaşlarımız Rusiyadan baş verənlərə sərt reaksiya gözlədiklərini vurğulayıblar: “Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır. Bu təcavüzkar siyasətin qarşısının alınması üçün Rusiyanın ali siyasi rəhbərliyindən Ermənistana təzyiqləri gücləndirməyi xahiş edirik”. 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki