image-2000x150
image-img-20220701-wa0065backend

Şəhid Əliheydər Kazımovun ildönümü qeyd edilib

image-768x150

İyulun 1-də Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun adını daşıdığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 228 nömrəli tam orta məktəbdə anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan ordusunun hərbiçiləri, Qarabağ qaziləri, məktəbin direktoru Səkinə Rzayeva, direktor müavini Fərman Salmanzadə, təşkilatçı Cəmilə Nuqrəzadə,d iaspor üzvü Elxan Rüstəmov iştirak ediblər.

Tədbir iştirakçıları məktəbdə şəhidin xatirəsinə yaradılmış güşə və bulaq önünə gül dəstələri qoyaraq onu yad ediblər, dualar oxuyublar. Həmçinin qəsəbədəki şəhidlərin xatirə lövhəsini ziyarət ediblər.

Daha sonra məktəbdə keçirilən toplantıda şəhid Əliheydər Kazımov haqqında çıxışlar olub, Qarabağ qaziləri onunla bağlı xatirələrini bölüşüblər.
Xatırladaq ki, Əliheydər Əliağa oğlu Kazımov 28 fevral 1963-cü ildə keçmiş Əlibayramlı (indiki Şirvan) şəhərində doğulub. 1970-ci ildə şəhərdəki orta məktəbin I sinfinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib. 1976-1980-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin Fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbdə musiqi müəllimi kimi işləyib. 1992-ci il 1-ci Qarabağ döyüşləri başlayanda vətənin qəhraman oğulları kimi Əliheydər də döyüşə yollanıb. 1992-ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayıb. 1992-ci il iyulun 2-də Əliheydər Kazımov həyatla vidalaşıb, gözlərini əbədi yumub. Şəhidlik  adlı müqəddəs zirvəyə ucalanlardan olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində ümumi qəbristanlıqda dəfn edilib.
Allah rəhmət etsin!

image-img-20220701-wa0064 image-img-20220701-wa0066

image-img-20220701-wa0067

image-img-20220701-wa0060

image-img-20220701-wa0054

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki