image-2000x150
image-f4bb090d-e24d-4d5d-90dd-33d86110699cbackend

Seymur Nəsirov Ərəb Ölkələri Tələbələr Birliyi tərəfindən fəxri mükafatla təltif olunub

image-768x150

Artıq 21 ildir ki, Misirdə xarici tələbələrə rəhbərlik edən Misir-Azərbaycan Dostluq Cəmiyyəti və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və böyük universitetlərindən sayılan əl-Əzhər Universitetində təhsil alan Ərəb Ölkələri Tələbələr Birliyi (ƏÖTB) tərəfindən fəxri mükafatla təltif olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildirilib ki, təqdimetmə mərasimində çıxış edən ƏÖTB-nin sədri Məhəmməd Cibrin Əl-Məxzumi Misirə təhsil almaq məqsədilə gəldiyi gündən Seymur Nəsirovun tələbələrə göstərdiyi xidmətlər haqqında çox eşitdiyini bildirib. O qeyd edib ki, azərbaycanlı alim Misirdə təhsil alan bütün xarici tələbələr üçün nümunədir. “Biz tələbələr onun təcrübəsindən faydalanaraq çalışırıq ki, Misirdə öz ölkəmizi də təbliğ edək”, -deyə Əl-Məxzumi vurğulayıb.

ƏÖTB-nin sədri daha sonra deyib: “S.Nəsirov 21 il müddətində tələbələrə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib. Bunlardan birini – Misir-Azərbaycan Dostluq Cəmiyyətini örnək göstərə bilərəm. Bu cəmiyyətdən faydalananların sayı minlərlədir. Biz S.Nəsirovun etdiyi bu yaxşılıqları heç vaxt unutmayacağıq və ölkələrimizə qayıdandan sonra Azərbaycanla əlaqələrin inkişafı naminə əlimizdən gələni edəcəyik. Birliyimizin idarə heyətinin yekdil qərarına əsasən Seymur Nəsirov fəxri mükafata layiq görülüb”.

Azərbaycanlı alim, öz növbəsində, təltifə görə ƏÖTB-nə təşəkkürünü bildirib. O, tədbir iştirakçıların xahişi ilə öz təcrübəsindən geniş söhbət açaraq gənclərə tövsiyələr verib.

Tədbirdə çıxış edən digər natiqlər də Seymur Nəsirovun fəaliyyətini yüksək qiymətləndirib, uzun illər ərzində tələbələrə verdiyi könüllü dəstəyə görə ona təşəkkür ediblər.

Qeyd edək ki, azərbaycanlı alimin sədrliyilə həyata keçirilən layihələrdə dünyanın 65 ölkəsini təmsil edən iki mindən çox tələbə Azərbaycan dili və müxtəlif fənlər üzrə kurslarda ödənişsiz əsaslarla təhsil alır.

Azərbaycan diaspor təşkilatı rəhbərinin təltif olunması xəbəri Misir, Mərakeş, Əlcəzair, İordaniya, Suriya, İraq və Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

image-e9ee3945-1e00-4133-a8e7-518a9f918dbe

image-b2321d44-cd8a-4b3d-849a-8ad6b95218fb

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki