image-2000x150
image-fb_img_1645111286282backend

Seyran Mirzəzadə: “Milli və dini fərqliliklər Monteneqronun ən böyük dəyərlərindən və zənginliklərindən biridir”

image-768x150

Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqrodakı İslam Birliyinin Başçısı və Baş Müfti Rifat Feyziçi ziyarət edərək, bu ali vəzifəyə seçilməsi və səlahiyyətlərinin icrasına rəsmən başlaması münasibətilə təbrik etmişdir. Bu haqda “Diaspornews.az”a Seyran Mirzəzadə məlumat verib.
O deyib ki, Rifat Feyziçin rəhbərliyi altında İslam Birliyinin Monteneqroda İslam dəyərlərinin qorunmasında və təşviq edilməsində müstəsna xidmətləri vardır. Monteneqro dövləti ölkədəki müsəlman icmasının qanunla təmin edilmiş hüquqlarından yararlanması və istifadə edilməsinə həmişə həssas yanaşır.
“Milli və dini fərqliliklər Monteneqronun ən böyük dəyərlərindən və zənginliklərindən biridir”,-deyə Seyran Mirzəzadə qeyd edib.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki