Fevralın 25-də Avstraliyanın Sidney şəhərinin mərkəzində Xocalı soyqırımı ilə bağlı məlumat vərəqələri paylanılıb. Bu haqda saytımıza Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta məlumat verib.
Qeyd edək ki, aksiya Avstraliya-Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə könüllü olaraq həyata keçirilib.