image-2000x150
image-whatsapp-image-2026-04-27-at-06-19-47backend

Sidneydə 23 Aprel Uşaq Bayramı münasibətilə beynəlxalq tədbir keçirilib

image-768x150

Avstraliyanın Sidney şəhərində 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türk Öz Təşkilatı tərəfindən genişmiqyaslı tədbir təşkil olunub. Müxtəlif ölkələrin icma nümayəndələrinin iştirak etdiyi tədbir mədəni müxtəliflik və dostluq ruhunda baş tutub.

Diaspornews.az xəbər verir ki, tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl bəy Oyta, GADTB İnsan Haqları Departamentinin sədri Sara xanım Azərsun, Şimali Kipr Türk Cümhuriyyətinin fəxri konsulu İlkay Yusuf, Türkiyənin baş konsulluğunun nümayəndəsi professor doktor Cem Genç, eləcə də müxtəlif ölkələrin – Bosniya, Qırğızıstan, Ukrayna, Cənubi Koreya, Vyetnam və Hindistan icmalarının rəhbərləri iştirak ediblər. Tədbirə həmçinin Avstraliyanın yerli aborigen icmasının nümayəndələri də qatılıb.

Bayram çərçivəsində Azərbaycan milli geyimləri və dövlət bayraqları xüsusi diqqət çəkib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Mikayıl bəy Oyta bildirib ki, Mustafa Kemal Atatürk tərəfindən təsis edilən 23 Aprel bayramı uşaqlara verilən dəyərin bariz nümunəsidir. O vurğulayıb ki, uşaqlara qoyulan sərmayə daha işıqlı və sülh dolu gələcəyin təminatıdır.

“Bu gün yalnız sevinc və birlik bayramı deyil, həm də gələcək nəsillərin yetişdirilməsi və onlara dəstək olmaq məsuliyyətimizi xatırladan əlamətdar gündür”, – deyə Oyta qeyd edib.

O, çıxışında tədbirin təşkilində əməyi olanlara təşəkkür edib, uşaqlara isə xoşbəxt, uğurlu və sülh dolu həyat arzulayıb.

Tədbir müxtəlif icmalar arasında əməkdaşlığın gücləndirilməsi və uşaqların beynəlxalq dostluq mühitində böyüməsinə töhfə verməsi baxımından yüksək qiymətləndirilib.

image-age-2026-04-27-at-06-19-48 image-whatsapp-imaat-06-19-49 image-whatsapp-image-6-04-27-at-06-19-48 image-whatsapp-image-2026-04-27-at-06

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki