image-2000x150
image-5871c3a2-0f73-43e1-b941-18c498c0b0f1backend

Sidneydə keçirilən Asiya Multikultural tədbirində Azərbaycan təmsil olundu

image-768x150

 

23 may tarixində Avstraliyanın Sidney şəhərində Asiya Multikultural İcmasının təşkil etdiyi beynəlxalq multikultural tədbirdə Azərbaycan da təmsil olunub. Diaspornews.az xəbər verir ki, tədbir “Bundhu” təşkilatının Multikultural Asiya şöbəsi tərəfindən təşkil edilmişdir.

Azərbaycanı tədbirdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının birliyi və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, eyni zamanda GADTB İnsan Haqları Departamentinin sədri Sara xanım Azarsun rəsmi dəvətlə təmsil etmişdir.

Tədbirdə müxtəlif millətlərin nümayəndələri öz milli geyimlərini, mədəniyyətlərini, milli rəqslərini və ənənəvi yeməklərini təqdim etmişlər. Azərbaycan mədəniyyəti də iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirdə Avstraliyanın siyasi və ictimai xadimləri də iştirak etmişdir. Qonaqlar arasında Brondon Aboriginal Council nümayəndələri, cənab Jason Yat-Sen Li, MP, David Mansfield Council, David NSW MP və xanım Sally Sitou MP yer almışdır.

Azərbaycan nümayəndəsi Sara xanım Azarsun çıxışı zamanı Avstraliyanın multikultural dəyərlərini yüksək qiymətləndirərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. O, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli irsi və multikultural ənənələri haqqında geniş məlumat vermişdir.

Çıxış zamanı Azərbaycanın tarixindən, Azərbaycan Xalq Cümhuriyyətindən, ölkənin müstəqillik mübarizəsindən və Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının mədəni və dil hüquqları məsələsindən də bəhs olunmuşdur.

Sara xanım Azarsun həmçinin Azərbaycanın milli mətbəxi, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti və Təbriz xalçalarının dünya mədəniyyətindəki xüsusi yerindən danışmışdır.

Tədbirdə Türkiyə, Azərbaycan, Çin, Koreya, Monqolustan, Banqladeş və Vyetnam icmaları da iştirak etmiş və öz mədəniyyətlərini nümayiş etdirmişlər.

Multikultural tədbir xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur.

image-e63a2ecc-7171-4d81-ba8d-56171587db4f image-a9db0fe6-8458-4b1d-a439-605771f1f5a3 image-4ff5b1c4-3972-4a5f-b160-c5051bbf04d8 image-9a768e81-9934-4b7f-a8bb-9b9e06cde288 image-2c4224d0-f1e2-42c8-8aa3-d83e94cd6dad

image-2ef59941-78f1-4a3d-85e9-b2e2addfe470

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki