Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti cənab Ersin Tatarın Avstraliyaya rəsmi səfəri çərçivəsində, “Tarixi Ziyarət” adlı xatirə kitabı imzalanmışdır. Bu kitab, ŞKTC-nin beynəlxalq əlaqələr və diplomatik məsələlər üzrə xüsusi müşaviri, professor, doktor Hüseyn İşıksalın imzası ilə yanaşı, dövlət nümayəndəsi hörmətli Nevin Hüseyn tərəfindən Avstraliya Azərbaycan Assosiasiyasına (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinə (GADTB) xüsusi olaraq təqdim edilmişdir.
Bu səfər zamanı Avstraliya Azərbaycan Assosiasiyasının üzvləri və GADTB-nin nümayəndələri – hörmətli Sara Azarsun xanım, Mikayıl Oyta və digər dəyərli üzvlər – fəal şəkildə iştirak etmişlər. Onların iştirakı bu tarixi səfərin əhəmiyyətini daha da artırmışdır.