image-2000x150
image-img-20220508-wa0023backend

Şimali Osetiyada Heydər Əliyevin anadan olması münasibətilə konsert keçirilib

image-768x150

Mayın 8-də Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert keçirilib. “Diaspornews.az” xəbər verir ki, yerli rəsmilərin, ictimaiyyət nümayəndələrinin, diaspor üzvlərinin iştirak etdiyi konsert Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub.

Öncə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin ömür yolu, Azərbaycan xalının həyatında rolu haqqında danışıb: “Müasir Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyev şəxsiyyəti haqqında danışmaq çox məsuliyyətlidir. Çünki bu insanın fəaliyyəti yalnız xalqa xidmət üzərində qurulub. Hələ sovet dövründə xalqının inkişafı naminə həyata keçirdiyi islahatlar, o dövrün çətinliklərinə sinə gərərək millətin rifahı naminə gördüyü işlər onun fəaliyyətinin bir hissəsidir. Heydər Əliyev əsl vətən oğlu və xalqa xidmət edən bir şəxs kimi özünü Azərbaycanın ən ağır günündə onun köməyinə çatmaqla bir daha sübut etdi. Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Ardınca Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sdəri Murtuz Gülmməmədov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev və digərləri çıxş edərək Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində Azərbaycanın ikişafından danışıblar. Qeyd olunub ki, Azərbaycanın müasir tarixi Heydər Əliyevdən, Heydər Əliyev isə xalqımızın müasir tarixindən ayrı təsəvvür edilə bilməz.
Daha sonra azərbaycanlı məktəblilər Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər. Həmçinin Azərbaycan incəsənət ustalarının müşaiyyəti ilə konsert olub, milli rəqslər ifa edilib.

image-img-20220508-wa0020

image-img-20220508-wa0022

image-img-20220508-wa0018

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki