image-2000x150
image-fb_img_1655139794030backend

Soydaşlarımız Pyatiqorskda Rusiya gününü qeyd ediblər

image-768x150

İyunun 11-də Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Rusiya günü qeyd edilib.

Diaspornews.az“ xəbər verir ki, tədbir “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilib. Tədbirin əsas təşkilati işləri “Araz”ın qadınlar şöbəsi və gənclər şöbəsi tərəfindən edilib. Həmvətənlilərimizin dəstəyi ilə keçirilən tədbirdə  şəhər dumasının sədri Poxilko Lyudmila, onun müavini Kapitonov Yuriy, şəhər administrasiyasının başçısının təhlükəsizlik üzrə müavini Boradaev Aleksandr, deputat Vorjakov Vitali və administrasiyanın başqa işçiləri qonaq qismində iştirak ediblər. Tədbirin protokol hissəsi Azərbaycan eviminin həyətində baş tutun. İlk öncə “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov qonaqları salamlayıb və bayram münasibəti ilə təbrik edib. Sonra  Lyudmila Poxilko çox gözəl nitqlə çıxış edib. O, öz çıxışında Azərbaycan – Rusiya dostluq münasibətlərinə toxunub. Azərbaycanlılar və Azərbaycan cəmiyyətinin Pyatiqorsk şəhərindəki fəaliyyətindən danışışıb. Nəhayyət gənclər və qadınlar şöbəsinin fəalları təşəkkürnamə məktubları ilə təltif edilib. Söz Kapitonova, Borodayeva, “Araz”ın müavini  Cavanşir İsmayılova və gənclər şöbəsinin sədri Araz Məhərova verilib. Onlar da öz çıxışlarında təbriklərini bildiriblər. Tədbir konsert proqramı ilə davam edib. Tədbirin ikinci hissəsi Azərbaycan evinin içində banketlə başlayıb. Tədbirdə, eyni zamanda “Araz”ın Kislavodsk şəhəri üzrə sədri Asif Musayev  və Minvod şəhəri üzrə sədri Eldar Babayev də iştirak ediblər. Hər kəs çıxışlarında Azərbaycan cəmiyyətinə uğurlar arzulayıblar, eyni zamanda Azərbaycan evini bəyəndiklərini də söyləyiblər.

image-fb_img_1655139807318

image-fb_img_1655139829725

image-fb_img_1655139801304

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki