Mayın 28-də Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Müstəqillik Günü qeyd edilib.
“Diaspornews.az“ xəbər verir ki, “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən öncə Azərbaycan Evinin həyətində mitinq keçirilib. Mitinqdə “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov və Kislavodsk cəmiyyətinin sədri Asif Musayev çıxış ediblər. Bir dəqiqəlik sükutla bütün şəhidlərimizi yad etdilib. Rəqslərimiz ifa olunub, aşıq musiqisi dinlənilib və nəhayət mitinq furşetlə başa çatıb. Sonra tədbir konfrans zalında davam edib. Azərbaycanın dövlət himni səslənib və çıxışlar olub.
Açılış sözü ilə “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov çıxış edib. Cəmiyyətin sədr müavini Cavanşir İsmayılov çıxışını Məhəmməd Əmin Rəsulzadəyə həsr edib.
Sonra diaspor üzvləri İlqar Həşimov, Araz Məhərrəmov, Mübariz Osmanov, Elçin Cənnətov və digərləri Azərbaycan Xalq Cümhuriyyətin yaranma tarixindən geniş danışıblar. Çıxışlar alqışlarla qarşılanıb.
Sonda Təhmasib Zeynalov öz çıxışı ilə tədbiri sona çatdırıb.