image-2000x150
image-fb_img_1657684306666backend

Sülhsevər əcnəbi gənclər Azərbaycana heyran olublar

image-768x150

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakıda “Qlobal Sülh Zənciri” təşkilatı tərəfindən “Qlobal Sülh Sammiti” keçirilib. 35-dən çox ölkədən Bakıya toplanmış gənclər, dünyadakı olan qlobal problemləri, müharibədən sonra yaranan sülh imkanlarını və şəxsi sülh təşəbbüsləri haqqda çıxış edib, panel diskussiyalarda iştirak ediblər.

Diaspornews.az bu gənclərdən bir neçəsinin Azərbaycan və Qlobal Sülh Sammiti haqqında təəssüratlarını təqdim  edir.image-fb_img_1657683851684

Kolumbiyadan Sebastian Ruano: “Sevindirici haldır ki, Heydər Əliyev hava limanında Azərbaycan torpağına ayaq basdığım ilk andan heyrətə gəldim. Azərbaycan Cənubi Qafqazda sülh yaradılmasına çalışır. Bundan əlavə, Azərbaycan Cənubi Qafqazın Asiya ilə Avropa arasında tranzit qovşağı kimi birləşdirici rola, zəngin neft və qaz ehtiyatlarına malikdir.
Yalnız Kolumbiya evlərində tapa biləcəyimi düşündüyüm səmimiyyət və qonaqpərvərliyi Azərbaycanda tapdım. Fürsətdən istifadə edib, məni ailə üzvləri kimi qarşılayan əziz dostum Cavid Əlyarlıya və onun ailəsinə təşəkkürümü bildirirəm.
Mən Azərbaycana heyranam. Sizin ölkəniz haqqında hər şeyi bilmək istəyirəm! Mən Bakıdan həzz alırdım və indi öz ölkəmdə orda keçirdiyim o gözəl hissləri xatırlayıram.
Qlobal Sülh Zənciri sammiti sülh quruculuğunda maraqlı olan bir çox ölkədən, o cümlədən Azərbaycandan mənə səmimi dostlar tapmaq imkanı yaratdı”.image-received_1097591434444861

Şirilankadan Sheneli Narangamuwa:
“Bakıda olmağım mənim çox xoşuma gəldi. Belə gözəl şəhər haqqında ancaq xoş sözlər ifadə etmək olar. Bakı məndə unudulmaz təəssüratlar yaratdı.
Düşünürəm ki, Azərbaycanla Şrilankanın oxşarlıqlar var: mən deyərdim ki, hər iki ölkə çox  zəngin bir tarixə malikdir”.image-fb_img_1657683615393

Pakistandan Hiba R. Khan:
“Mən Bakı şəhərini və insanları sevdim, ikisi də gözəldir… Bura gəldiyim üçün xoşbəxtəm…”image-fb_img_1657684321673

Pakistandan Sachan Lalchand:
“Bakıda Qlobal Sülh Sammitində iştirak etmək heyrətamiz bir təcrübə idi.  Mədəni müxtəliflik, sülh dialoqlarına açıqlıq, qonaqpərvərlik və daha çox şey həqiqətən qeyri-adi idi. Bakı tarixi yerlərin və müasir memarlığın böyük balansına malik gözəl şəhərdir. Qlobal sülh problemləri haqqında danışmaq üçün azərbaycanlı ekspertlərlə əlaqə saxlamaq istərdim və mən, hətta Azərbaycanı yenidən ziyarət edə bilərəm.
Qlobal Sülh Sammiti dünyanın hər yerindən gənc liderlərlə görüşmək üçün əla platforma idi. Sülhün qurulması ilə bağlı fikirlərini müzakirə etmək üçün panelin olması bütün nümayəndələ əla təcrübə qazandlrdı. Bir sözlə, bu, gözəl mədəniyyət mübadiləsi idi”.image-fb_img_1657683828990

Gürcüstandan Tamar Tolordava:
“Öncədən dostlarımdan məlumat almışdım ki, Azərbaycan çox inkişaf etmiş və gözəl ölkədir. Gözləntilərim doğrulduldu, Bakı kifayət qədər müasir, təmiz və canlı şəhərdir. İnsanlar kifayət qədər mehriban və diqqətlidirlər, xüsusən də sənin Gürcüstandan olduğunuzu biləndə. Azərbaycanda olduğum 6 gün ərzində özümü kifayət qədər təhlükəsiz və sakit hiss etdim ki, bu da hesab edirəm ki, ölkənin gücünün göstəricisidir.
Bakının küçələrində gəzməyə başladığım ilk gündən özümü evdəki kimi hiss edirdim. Mən Gürcüstandanam və yəqin buna görə də oxşar tarix, geosiyasi vəziyyət, oxşar ənənələr, insanlar və aura mənim üçün kifayət qədər yerli idi. Qlobal Sülh Sammiti mənim ilk zirvə görüşüm deyildi, ona görə də mənim digər sammitlərlə müqayisə etmək imkanım var.  Qeyd edək ki, bu sammit ən yaxşı və yüksək səviyyədə təşkil olunmuş sammitlərdən biri olub”.image-fb_img_1657684451862
 
İsveçdən Felisa Pamintuan:
“Azərbaycanla bağlı təəssüratlarım çox müsbətdir. Gözəl insanlarla qarşılaşdım. Mətbəxiniz zəngindir. Dadlı və ləzzətli yeməkləriniz var. Azərbaycanın təbiəti gözəldir. Bakı çox təmiz şəhərdir. Necə ki, İsveçdə də belə təmizdir”.image-received_1650954048610457

Rumıniyadan Cezara Balmos:
“Bakıya çatan kimi qarşılaşdığım memarlıqdan xoş təsirləndim. Binalar xalqın tarixini canlı saxlayırdı. İnsanlar çox mehriban və sayğılı idilər. Yemək də yaxşı hazırlanmışdı.  Rumıniya və Azərbaycanın hər ikisi ortaq sovet keçmişini bölüşür. Bakıda belə qısa müddətdə oxşarlıq tapmaq çətin idi.  Bununla belə, nəfis tikilmiş binalar mənə Avropa memarlıqlarını və Rumıniyanın paytaxtı Buxarestdəki köhnə gözəl binaları xatırlatdı. Bundan əlavə, insanların qonaqpərvərliyi Rumıniya mədəniyyətinə də bənzəyirdi.  Baxmayaraq ki, Bakı və Buxarest arasında çoxlu fərqlər olsa da, Azərbaycanın paytaxtı məndə çox xoş və dinc hisslər yaşatmağı bacardı. Bakını ziyarət etmək çox xoş idi və mən onu yenidən görmək istərdim!
Qlobal Sülh Sammiti çox əhatəli və maraqlı tədbir idi. Hər gün yeni bir şey öyrənmək və qlobal problemləri daha yaxşı başa düşmək imkanım oldu.  Ən heyrətamizi o idi ki, mənim müxtəlif sahələrdə böyük gənc liderlərlə görüşmək və əlaqələr qurmaq imkanım oldu. Ddünyanı daha yaxşı bir məkana çevirmək istəyində olduğuna inanan bir çox gənclərlə tanış oldum. Belə bir tədbirdə iştirak etmək şansım olduğu üçün şadam və təşkilatçılara minnətdaram”.image-fb_img_1657684156040

İndoneziyadan Yodida Marchiannisa Arif:
“Mən Azərbaycana vuruldum. Təəssüf ki, şəhərdə cəmi üç gün oldum. Dil maneəsinə baxmayaraq, mənə kömək etməyə hazır olan mehriban insanlarla tanış olmaq şansım oldu. İnsanlar çox gözəl idi və Bakıdan ayrılmaq məcburiyyətində qalmağım məni kədərləndirdi. Amma mən AIDA təqaüdünə (Azərbaycan hökuməti tərəfindən verilir) müraciət etdim və həqiqətən də qəbul olunacağıma ümid edirəm. Azərbaycanda keçirdiyim üç gün məni əmin etdi ki, bu ölkə və xalq sadəcə heyrətamizdir. Azərbaycan dili də çox gözəldir. Bütün günü Azərbaycan dilində söhbəti dinləsəm yorulmaram”.
 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki