image-2000x150
image-img_20220709_175312backend

Tallində Azərbaycanın və Estoniyanın müstəqilliyinin 100 illiyi münasibətilə salınmış parkın yenidənqurmadan sonra açılışı olub

image-768x150

2018-ci ilin oktyabrın 11-də Tallində Azərbaycanın və Estoniyanın müstəqilliyinin 100 illiyi münasibətilə iki xalq arasında tarixi əlaqələri arasında dostluğun rəmzi olaraq salınmış parkda yenidənqurma işləri bitib.
“Diaspornews.az”a bildirilib ki, parkda yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib, yeni fontan, işiqlandırma sistemi və yeni oturacaqlar qoyulub.
Parkın təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində Tallinn şəhərinin vitse-meri Andrey Novikov, Kristiyne rayonunun icra başçısı Jaanus Riibe, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, yerli ictimaiyyətin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Parkın girişində qurulmuş lövhədə ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı haqqında məlumat yerləşdirilib. Parkda həmçinin Estoniya və Azərbaycan Respublikasının müstəqilliyinin 100 illiyinə həsr olunmuş xatirə löhvəsi var.

Qeyd edək ki, sözügedən parkın təmiri üçün Tallinn şəhər büdcəsindən 190.635 avro ayrılıb. Yenidənqurma işləri “Talinna Teede AS” şirkəti tərəfindən aparılıb.

image-img_20220709_175407image-img_20220709_175432

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki