Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının Krasnodar vilayəti bölməsinin rəhbəri Cəmil Əliyev yanvarın 28-də Bakıda ürək çatışmalığından vəfat edib. Xatırladaq ki, Cəmil Paşa oğlu Əlliyev 1968-ci ilin 9 iyununda Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində dünyaya gəlib. O, 1998-ci ildə Arxangelsk Beynəlxalq İdarəetmə İnstitutunu hüquqşünas ixtisası üzrə bitirib və elə orada öz sahəsi üzrə, eyni zamanda 2001-ci ildən Ümumrusiya Azərbaycanlıları Konqresinin Arxangelsk regional şöbəsinin sədri olaraq çalışıb. Ailəli idi, üç (Elnarə, Məryəm və Davud) övladı var idi.
Cəmil Əliyev işi ilə əlaqədar olaraq 2007-ci ildən Soçidə yaşayırdı. ÜAK-ın Krasnodar regional bölməsinin və olub. Cəmil Əliyev fəallıq göstərərək Soçidə həmvətənlərimizi birləşdirməyə, ictimai işi lazımi səviyyəyə çatdırmağa müvəffəq olub. Krasnodar vilayətinin Vəkillər Kollegiyasının üzvü olan Cəmil Əliyev yüzlərlə uğurlu mülki və cinayət işləri həyata keçirib. Həm çoxsaylı həmvətənlərimizə, həm də onun ixtisaslı yardımına ehtiyacı olanların hamısına kömək edib.
O, Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalla təltif edilib.
Qeyd edək ki, Cəmil Əliyev Bolnisi rayonunun Babakişilər kəndində dəfn olunacaq. Allah rəhmət etsin.





























