İraqda fəaliyyət göstərən dünya şöhrətli travmatoloq-ortoped, professor Hüseynəli İsmayılov “Zəfər” Beynəlxalq İdman Mükafatı-2022-nin qalibi olub. Sabahinfo.az xəbər verir ki, professor Hüseynəli İsmayılova İLİN İDMAN HƏKİMİ diplomu təqdim edilib.
Qeyd edək ki, məşhur azərbaycanlı professor, dünyada boyuzatma rekordunun sahibidir. O, hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir. Həmyerlimiz 2003-cü ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiyanın əməkdar səmərələşdiricisi” adına layiq görülüb. O, dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını hazırlayıb. Təsadüfi deyil ki, ona “İkinci İlizarov” adı verilib.
Xatırladaq ki, “Sportsman” jurnalının təşkil etdiyi “Zəfər” Beynəlxalq İdman Mükafatı-2022-nin qaliblərinin adları bu günlərdə “JW Marriott Absheron” otelində təltifetmə mərasimində açıqlanıb. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyilə təşkil olunub.
Fuad