image-2000x150
image-img-20220304-wa0113backend

Tatarıstan KİV-ləri Xocalı faciəsindən yazıb

image-768x150

Martın 1-də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Tatarıstanın “Tatarıstan-24” telekanalının “Xəbərlər” proqramında fevralda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdən təsirli videoreportaj yayımlayıb. Eləcə də martın 4-də Tatarıstanın “Leninoqorskki xəbərləri”

qəzetində rus dilində və “Zamanın nəfəsi” (tatarca: “Заман Сулышы”) qəzəteində tatar dilində “Xocalı faciəsi təkrarlanmamalıdır!” başlığı ilə informasiya dərc olunub.
Qeyd edək ki, fevralın 26-da Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonun “Birlik” Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Ramiz Məmmədov tərəfindən xeyriyyə aksiyası keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsini Azərbaycan xalqı ilə yad etmək və həlak olanların ruhuna dualar oxumaq məqsədilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası təşkil edilib.
Leninoqorskda Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədovun dəvəti ilə keçirilən tədbirdə Ümumittifaq Hərbi Qardaşlığı Təşkilatının Leninoqorsk bölməsinin rəhbəri, müharibə veteranı, Leninoqorsk ərazi idarəsinin sədri Artur Yakupov çıxış edib. Mərasimdə “Tatarıstan – Yeni Əsr” Respublika ictimai hərəkatının rəsmisi İlya Mişin, Tatarıstan Respublikasının Leninoqorsk bələdiyyə dairəsi Leninoqorsk şəhər Sovetinin deputatı Vladimir Kojevnikov, əmək veteranları, neft veteranları, Leninoqorsk şəhərinin ağsaqqalları, nümayəndələr Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət nümayəndələri, Leninoqorsk şəhərinin fəalları və KİV nümayəndələri iştirak ediblər.
“Xocalı bütün Azərbaycan xalqının ağrısı və faciəsidir, bu xalq Xocalı faciəsini heç vaxt unutmayacaq! Biz ədalət istəyirik, biz istəyirik ki, Xocalı faciəsi soyqırımı aktı kimi, insanlığa qarşı cinayət kimi tanınsın”, – deyə Ramiz Məmmədov tədbirdə vurğulayıb.

 

image-22-46-12-31

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki