image-2000x150
image-img_20220920_204216backend

Tatarıstandakı soydaşlarımız Rusiyanı Ermənistanın təcavüzkar siyasətinə son qoymağa çağırıblar

image-768x150

Rusiya Federasiyasının Tatarıstan Respublikasında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Rusiya rəsmilərinə müraciət edib.

Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovun adından Pusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətdə 12 sentyabr 2022-ci il tarixində gecədən Azərbaycana qarşı başlayan hərbi təxribat Ermənistanın sülh prosesinə əngəl olmasının sübutu kimi qiymətləndirilib.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Tatarıstanda yaşayan Azərbaycan icmasının yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, üçtərəfli bəyanata və əldə olunmuş razılıqlara zidd olaraq rəsmi İrəvanın erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadığı, Rusiyanın da marağında olduğu bölgədəki normallaşma və sülh prosesinə əngəl törətdiyi nəzərə çatdırılıb.

“Biz Rusiya Federasiyasının sərt reaksiyasına ümid edirik. Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır” tələbini irəli sürən soydaşlarımız Rusiyanın ali siyasi rəhbərliyini rəsmi İrəvanın təcavüzkar siyasətinin qarşısını almağa çağırıblar.

image-img_20220920_203811

image-img_20220920_203728

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki