image-2000x150
image-14-07-56-22-768x588backend

Tatarıstanın Leninoqorsk şəhərində iftar məclisi təşkil edilib

image-768x150

Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu Leninoqorskdakı “İxlas” məscidində xeyriyyə məqsədilə iftar məclisi təşkil edib.

“Leninoqorsk şəhəri və Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının, “Tatarıstan” ictimai birliyinin, yerli ictimaiyyətin 200 nəfərdən çox nümayəndəsi iştirak edib.

Tədbiri dualarla açan imam Bulat Həzrət Raupov bildirib ki, Leninoqorsk şəhərinin fəal ictimai xadimlərindən olan Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov 15 ildən artıqdır “İxlas” məscidində iftar süfrəsi təşkil edir. “Bu dəfə də Azərbaycan diaspor rəhbərinin adından verilən iftar süfrəsi müsəlmanları və şəhərin qonaqlarını bir araya toplayıb. Uca Yaradandan onun xeyirxah əməlinin qəbul olmasını diləyirik. Çünki o, hər il nəinki iftar süfrəsi təşkil edir, həm də bayram günlərində “İxlas” məscidində uşaqların istirahət tədbirlərinin keçirilməsinə daim dəstək və köməklik göstərir”, – deyə imam vurğulayıb.

он.



 




image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki