image-2000x150
image-diaspornews_az-img_20220708_093751-w9z4baftlhjkie2vx1qp-620x326backend

Tatarıstanın Leninoqorsk vilayətidəki azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyinizi dəstəkləyir

image-768x150

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk vilayətindəki “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyəti yerli ictimai təkilatının sədri Ramiz Məmmədov Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Diaspornews.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Tatarıstanın Leninoqorsk vilayətindəki “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyətinin Yerli İctimai Təşkilatının üzvləri adından qarşıdan gələn prezident seçkilərində Sizə dəstəklədiyimizi bildirirəm.

Siz atanızın – müdrik siyasi Lider Heydər Əliyevin layiqli davamçısı kimi yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətlə təkcə ölkəmizin vətəndaşlarının deyil, həm də yaşayış yerindən asılı olmayaraq bütün dünya azərbaycanlılarının rəğbətini qazanmısınız.

Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan işğala son qoydu. Sizin müdrik rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun Qələbəsi sayəsində haqq-ədalət bərpa olundu və Qarabağ torpaqları geri qaytarıldı. Hazırda bu bölgəyə həyat qayıdır, yeni yaşayış, sosial, mədəni və digər infrastruktur obyektləri tikilir.

Hörmətli cənab Prezident, Tatarıstan Respublikasının Leninoqorsk vilayətinin Azərbaycan diasporu Sizin siyasi fəaliyyətinizi böyük qürur və razılıqla izləyir və fevralın 7-də keçiriləcək Prezident seçkilərində namizədliyinizi tam dəstəkləyir!

Cənab Prezident, Sizə möhkəm cansağlığı və ən xoş arzularımızı çatdırırıq!

Yaşasın Azərbaycan!”

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki