image-2000x150
image-fb_img_1662742157225backend

Teatr Xadimləri İttifaqında Nyu-Yorkun “Oren” teatrının üzvləri ilə görüş

image-768x150

Sentyabrın 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi Mədəniyyət Komitəsinin sədri, Nyu-York “Oren” teatrının bədii rəhbəri, rejissor Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan görüşdə İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Sədr müavini Hacı İsmayılov isə qonaqlara İttifaqın fəaliyyətindən bəhs edən kitab hədiyyə edib.
Görüşdə Azərbaycan mədəniyyətinin keçmişindən və bu günündən söhbət açılıb. Boris və Tamara Katayevlər Azərbaycanla bağlı təəssüratlarını bölüşərək, səmimi görüşə görə İttifaqın rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Boris və Tamara Katayevlər haqqında süjetlər nümayiş etdirilib və İttifaqın fəaliyyətinə həsr olunan videoçarx göstərilib, eləcə də Tamara Katayevanın ifasında mahnılar səsləndirilib.

image-fb_img_1662742174614image-fb_img_1662742170071image-fb_img_1662742165380

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki