Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif QASIMOV Türkiyənin tanınmış media qurumlarından biri olan İhlas Holding-ə məxsus “Türkiye Gazetesi”nin YouTube kanalında yayımlanan ictimai-siyasi proqramın qonağı olub. Proqramın aparıcısı tanınmış jurnalist Gülcan AYBOĞANDIR.
Verilişdə son dövrlərdə Yaxın Şərqdə və Cənubi Qafqazda artan geosiyasi gərginlik, regional təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər kontekstində mühüm mövzular geniş şəkildə müzakirə olunub.
Ehtiyatda olan polkovnik Akif Qasımov proqram çərçivəsində aşağıdakı məsələlərə dair fikirlərini bölüşüb:
– İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilən təxribat xarakterli dron hücumları və bu hadisələrin regional təhlükəsizlik baxımından yaratdığı risklər;
– Azərbaycan Respublikasının Prezidenti tərəfindən keçirilən müşavirədə səsləndirilən mövqelər və bundan irəli gələn strateji vəzifələr;
– İran–ABŞ və İran–İsrail qarşıdurmasının bölgəyə mümkün təsirləri;
– Region üçün strateji əhəmiyyət daşıyan Orta Dəhliz, Şimal–Cənub nəqliyyat xətti və Zəngəzur dəhlizi layihələrinin geosiyasi əhəmiyyəti;
– Hürmüz boğazına yönələn təhdidlərin dünya enerji bazarlarına və qlobal iqtisadiyyata mümkün təsirləri.
Proqramda həmçinin Tehran–Bakı xəttində baş verən son proseslər, regionda formalaşan yeni təhlükəsizlik arxitekturası və Azərbaycanın bu proseslərdə rolu ətraflı təhlil olunub.
Verilişin tam versiyasına aşağıdakı link vasitəsilə baxa bilərsiniz.






























