İyunun 12-də Rusiya Günü çərçivəsində Tıva Respublikasının paytaxtı Qızıl şəhərində “Mənim beşiyim” festivalı keçirilmişdir.
“Diaspornews.az” xəbər verir ki, festivalda Krasnoyarskdan göndərilən Azərbaycan beşiyi nümayiş olunub və tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov təşkilatçılığa görə Tuva Respublikasının Etnik Məsələlər üzrə Agentliyinin məsləhətçisi Kokov Daniyara, eləcə də Krasnoyarskdan olan həmyerlimiz Rəşad İskəndərova evindən beşik təqdim etdiyinə görə təşəkkür edib.