Aprelin 25-də Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası tərəfindən Kahramanmaraşda zəlzəldən əziyyət çəkənlər üçün salınmış çadır şəhərciyində uşaqlar üçün əyələncəli oyunlar təşkil edilib. Bu haqda Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının sədri Mehmet Mutlu saytımıza məlumat verib.
“Aprelin 26-da isə Malatyadakı Teknopark konteyner şəhərciyində uşaqlar üçün ələncəli yarışlar keçirildi. Uşaqların sevincini gördükcə bizdə çox xoşbəxt oluruq.
“Uşaq oyunla, dünya uşaqla gözəldir” devizi ilə uşaqları sevindirməyə davam edəcəyik”, – deyə Mehmet Mutlu bildirib.