image-2000x150
image-img_20220219_221748backend

Türkiyə səfiri yunan nazirə həddini bildirdi

image-768x150

Türkiyənin Norveç və İslandiyadakı səfiri Fazlı Çorman Osloda Norveç Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi konfransda Türkiyəyə qarşı iddialar və ittihamlar səsləndirən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa cavab verib.

“Diaspornews.az” xəbər verir ki, Dendias, Türkiyənin 1995-ci ildən bəri Yunanıstanı Egeydəki ərazi sularını genişləndirəcəyi təqdirdə onu “müharibə” ilə hədələdiyini, beynəlxalq hüququ görməzlikdən gəldiyini və Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının sərhədlərinin müəyyən edilməsinə dair anlaşma memorandumunun “qanunsuz olduğunu iddia edib. Dendias Türkiyəni 21-ci əsrə uyğun hərəkət etməməkdə günahlandıraraq “(Türkiyə) Aralıq dənizində məsələləri həll etmək üçün Sultan Süleyman Qanunin taktikasını davam etdirərsə, bunu qəbul edə bilmərik” deyib.
Yunan nazirin bu iddiaları cavabsız qalmayıb. Konfransda söz alan səfir Çorman Türkiyənin Yunanıstanın tətbiq etdiyi tətbiqlərə qarşı addımlar atdığını vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin 1995-ci ildə Yunanıstanın ərazi sularını birtərəfli qaydada 12 milə qədər artıracağını açıqlamasından sonra “casus belli” (müharibə səbəbi) qərarını verdiyini xatırladan Çorman, Türkiyə-Liviya müqaviləsinin də Yunanıstanın Şərqi Aralıq dənizində hücumlarına görə imzalandığını bildirib.
Dendiasa adaların tərksilah statusuna məhəl qoymadıqlarını söyləyən Türkiyə səfiri, “Türkiyə Egeydəki problemlər üçün səmimi dialoqa hazırdır. Əgər Türkiyənin fikirlərini və hüquqlarını nəzərə almağa hazırsınızsa, biz oturub problemləri həll edə bilərik” deyib. Türkiyə səfirinin cavablarından narahat olan Dendiasın qəzəbini gülərək gizlətməyə çalışması diqqət çəkib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki