image-2000x150
image-img_20220725_233104backend

Türkiyədə Milli Qəhrəman İbad Hüseynovun adına park salınacaq

image-768x150

Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınacaq. Geniş ərazini əhatə edəcək İbad Hüseynov Parkında Milli Qəhrəmanın abidəsi ucaldılacaq.

Azərbaycan-Türkiyə qardaşlığını, türk dünyasının birliyini tərənnüm edəcək İbad Hüseynov Parkı Adananın ən səfalı istirahət guşələrindən biri olacaq.
Bu barədə qərarı yüksək dəyərləndirən Milli Qəhrəman İbad Hüseynov AZƏRTAC-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, bərpası, Qarabağın azadlığı uğrunda döyüşən istənilən vətəndaşımıza göstərilən diqqət və qayğı, qəhrəmanların adlarının əbədiləşdirilməsi istiqamətində atılan hər bir addım ümumilikdə şəhidlərimizin ruhuna, qazilərimizə, onların ailələrinə göstərilən ehtiramdır. Bu mənada İbad Hüseynov Parkı ümumilikdə böyük Qarabağ Zəfərini tərənnüm edən məkan kimi tanınacaq.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən İbad Hüseynov Prezident İlham Əliyevin Sərəncamı əsasında 2020-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Milli Qəhrəman İbad Hüseynovun adının əbədiləşdirilməsi üçün Azərbaycanda və Türkiyədə mühüm addımlar atılıb, əsərlər yazılıb, filmlər çəkilib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki