image-2000x150
image-img_20220125_143121backend

Ukraynadakı azərbaycanlı idmançı bütün döyüş kəmərlərini hərracda niyə satıb?

image-768x150

Teymur İbrahimov: “Dünyaya sübut etdik ki, biz ən güclü və ən vətənpərvər xalqıq”

Ukraynadakı soydaşlarımız arasında idman sahəsində böyük uğurlar əldə edənlər də az deyil. Müsahibimiz Teymur İbrahimov belə soydaşlarımızdan biri olaraq Ukraynanın Verxnedneprovsk şəhərində məşqçidir. O, həmçinin şəhərdə Kikboksinq Federasiyasının prezidentidir. Özünün “Tiger” idman klubunda idmançılar yetişdirir, bununla yanaşı peşəkar döyüşlər təşkil edir.
Teymur İbrahimov həm də yaşadığı şəhərdə deputatdır. Ukraynada müharibə iştirakçısıdır. Ümumukrayna Müharibə Veteranları, ATO (OOS) İştirakçıları İctimai Birliyinin Verxnedneprovsk üzrə rəhbəridir. Vətən müharibəsi zamanı özünün bütün döyüş kəmərlərini hərraca çıxarıb sataraq pulunu Azərbaycan Ordusuna yardım olaraq göndərib. Özü də Ukraynadakı səfirliyimizə gedib döyüşdə iştirak etmək istədiyini bildirib. Lakin Ukrayna vətəndaşı olduğu üçün müraciəti qəbul olunmayıb.
Teymur İbrahimovun “Diaspornews.az“a müsahibəsini təqdim edirik:

-Teymur müəllim, öncə, oxucularımıza özünüz haqda məlumat vermənizi istərdik.

-Mən, İbrahimov Teymur İsrafil oğlu 26.12.1986-cı ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olmuşam. Valideynlərim əslən Füzuli rayonundandırlar. Atam 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 4 il müharibədə könüllü döyüşüb.
1994-cü ildə Ukraynaya gəlmişik. Valideynlərim də burada yaşayırlar. Biz 4 qardaşıq, hamımız idmançıyıq. Ukrayna, o cümlədən Avropa və dünya üzrə keçirilən saysız turnirlərin çempionlarıyıq.
Ailəliyəm, iki övladım (Əminə və Adəm) var.

image-img-20220123-wa0046

– Nə vaxtdan idmanla məşğul olursuz?
-Mən Azərbaycanda idmanla məşğul olmağa  başlamışdım. Öncə güləş, sonra karate və taekvondo ilə məşğul oldum. Ukraynada da idman karyeramı davam etdirdim və güləş üzrə  gümüş mükafatına layiq görüldüm. Sonra karate üzrə 5 qat Ukrayna çempionu, sonra dünya çempionu oldum. Sonra taekvondo üzrə 4 dəfə Ukraynanda qalib oldum. Sankt-Peterburq şəhərində dünya çempionu oldum. Sonra kikboksinq üzrə 20 qat Ukrayna çempionu oldum. Kişilər arasında 5 dəfə dünya çempionu və WAKO versiyası üzrə 2 dəfə  Yunanıstanda dünya çempionluğunu qazandım. WTKA versiyası üzrə 5 dəfə dünya çempionu olmuşam. Dəfələrlə Avropa çempionu da olmuşam.
Mən Krımda, Simferopol şəhərində məşqçilik fəaliyyətinə başlamışam. 2014-cü ildə Krımda müharibə başladı. Mən Krım batalyonuna gedib könüllü döyüşdüm. Hazırda müharibə əliliyəm. 2017-ci ilin noyabrda mən məşq etməyə davam etdim və o vaxtdan Dnepropetrovsk viləyətinin Verxnedneprovsk şəhərində uşaqlar üçün məşq keçirəm. Mənim çoxlu beynəlxalq dərəcəli yetirmələrim var.

image-img-20220123-wa0051

-Verxnedneprovskda gənclərimizin idmana marağı necədir?
-Mənimlə oxuyan həmyerlilərimiz ailəvi səbəblərə görə uzun müddət idmanla məşğul olmadılar. Amma Dnepr şəhərində bu baxımdan hər şey qaydasındadır. Boks, kikboksinq üzrə çox yaxşı uğur əldə edən idmançı həmyerlilərimiz var.

-Sizin yetirmələriniz Ukraynada keçirilən yarışlarda iştirak edirmi?
-Mənim “Tiger” adlı idman klubum. Tələbələrim artıq 4 il ardbard Ukraynanın ən yaxşı nəticə göstərən idmançıları arasında yer alır. Mediada və sosial şəbəkələrdə bu haqda geniş paylaşımlar olub. Klublararası dünya çempionatında mənim komandam Polşada 22 medala layiq görülərək ikinici oldu. Buna görə fəxr edirəm, amma təəssüf ki, onların arasında həmvətənlərimiz yoxdur.

image-img-20220123-wa0050

– Vətən müharibəsindəki qələbəmiz hər bir soydaşımızı qürurlandırdı. Həmin günləri sizlər Verxnedneprovskda necə qeyd etdiniz?
-Biz ölkəmizin işğalçılar üzərində qələbəsini çox gözəl qeyd etdik. Hamımız sevindik. Qürur hissi keçirdik. Sevincdən gözlərimiz yaşardı. Vətən müharibəsi başlayanda Verxnedneprovskdavda kişili, qadınlı bütün soydaşlarımız hər cür köməklik göstərdilər. Mən Azərbaycan Ordusu ilə fəxr edirəm. Şəhid anlarının qarşısında baş əyirik. Dünyaya sübut etdik ki, biz ən güclü və ən vətənpərvər xalqıq.

image-img-20220123-wa0054

image-img-20220123-wa0043

image-img-20220123-wa0044

image-img-20220123-wa0041

image-img-20220123-wa0047

image-img-20220123-wa0042

image-img-20220123-wa0034

image-img-20220123-wa0030

image-img-20220123-wa0031

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki