image-2000x150
image-img-20220926-wa0026backend

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun növbəti iclası Dnipro şəhərində keçirilib

image-768x150

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) növbəti iclası Dnipro şəhərində keçirilib. Dnipro Azərbaycanlıları Liqasının (LAD) mərkəzi ofisində təşkil olunmuş tədbirdə giriş sözü söyləyən LAD rəhbəri Sərxoş İsmayılov Dnepr vilayətindəki Azərbaycan diasporunun cari vəzifələri və vəziyyəti barədə ətraflı danışıb. Digər natiqlər də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsilə bağlı Azərbaycan diasporunun fəaliyyətini artırması, o cümlədən Ukrayna ordusuna, mülki əhaliyə göstərilən yardımlar barədə məlumat veriblər.

Daha sonra çıxış edən UABD sədri Hikmət Cavad qeyd edib ki, təşkilatın vilayət bölmələri qəbul edilən iş planlarına əsasən fəaliyyət göstərirlər: “Ukrayna üçün bu çətin dövrdə Azərbaycan diasporu yüksək intizam göstərərək vətəndaşlıq borcuna sədaqət nümunəsi ortaya qoyub”.

UABD-nin Dnipro üzrə nümayəndəsi Eldar Tağıyev cari ildə gördükləri təbliğat işlərindən danışıb. Təşkilatın Krivoy-Roq şəhəri üzrə nümayəndəsi Kəmaləddin Ağayev də həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyətinə dair məruzə edib.

Daha sonra diaspor fəalları Dnipro şəhərində Azərbaycan məktəbinin yeni tədris ilinin açılışında iştirak ediblər. Belə ki, Ukraynada müharibə vəziyyətinə baxmayaraq, həmin təhsil ocağı yenidən qapılarını uşaqların üzünə açıb. 20 ildir ki, fəaliyyət göstərən məktəbdə azərbaycanlı övladlarına ana dili, vətənin tarixi və mədəniyyəti fənnləri tədris edilir.

Xatırladaq ki, ötən həftə UABD-nin toplantıları Lvov və Kiyev şəhərlərində keçirilib.
Diaspor sədri Hikmət Cavadın dəvətilə Ukrayna Ali Radasının deputatları da paytaxtdakı toplantıda iştirak edərək müzakirəkərə qoşulublar.

image-img-20220926-wa0027image-img-20220926-wa0025

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki