image-2000x150
image-fb_img_1676432371938backend

Ukrayna Azərbaycanlıları Radasına yeni icraçı direktor seçilib

image-768x150

Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.

Diaspornews.az xəbər verir ki, konfransa qonaq qismində Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və qurumun digər məsul şəxsləri qatılıb.

Hesabat seçki konfransında Ukrayna Azərbaycanlıları Radasının icraçı direktorunun ötən dövr ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının idarə heyətinin müxtəlif regionlarda fəaliyyət göstərən nümayəndələri Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib.

Konfransda səlahiyyət müddəti bitən icraçı direktor və aparat rəhbəri vəzifələrinə yeni seçkilər kecirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov Ukrayna Azərbaycanlıları Radasının yeni icraçı direktoru, Sərxan Vidadiyev isə Radanın Aparat rəhbəri vəzifəsinə seçilib.

Daha sonra cari məsələlər müzakirə olunub.

Diaspor fəallarının müharibə şəraitində olan Ukraynanın ictimai-siyasi həyatında fəal olmaları tövsiyə olunub.

image-07-38-43-20230214061045_8a4ef7f0-433c-4ff4-92e2-a7da33eb96d1

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki