“Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət olunub.
Müraciətin müəllifi Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır. Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib.
Öz deputat səlahiyyətlərindən istifadə edərək L.Marçenko xarici işlər naziri D.Kulebadan soyqırımının tanınması prosedurunu başlamağı xahiş edib.
Müraciətdə qeyd olunur ki, Xocalı soyqırımını tanınması məsələsi “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun” sədri Hikmət Cavadov tərəfindən Ali Radaya göndərilən məktubda qaldırılıb.