image-2000x150
image-img_20220221_200633backend

Ukraynada ilk dəfə “Qarabağ” mövzusu müdafiə olundu

image-768x150

2022-ci il fevral ayının 18-də Ukraynanın Kiyev şəhəri  V.İ. Vernadskiy adına Tavriya Milli Universitetində soydaşımız Qulu İbrahimov “Qarabag münaqişəsinin siyasi və hüquqi  təhlili” mövzusunda “Politologiya” ixtisası üzrə dissertasiyasını müdafiə edərək magistr diplomuna layiq görüldü.

Qeyd olunan mövzuda XIX əsrdə ermənilərin qədim Azərbaycan torpağlarına gətirilmələri, 1990 cı illərdə Azərbaycan Respublikasının  20% ərazisinin işğal olunması, bir milyondan çox azərbaycanlıların doğma torpağlarından qovulması, səbəbləri və hadisələrin nəticələri təhlil edilib.

Mövzuda 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində atəşkəs müqaviləsinin imzalanması, BMT -nin dörd qətnaməsi və onların ermənilər tərəfindən icra edilməməsindən, ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyətindən də bəhs olunur. Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin ugurlu siyasəti nəticəsində 44 günlük  Vətən müharibəsindən, işğal olunan ərazilərin azad edilməsi, o yerlərdə pərpa işlərinin görülməsi qeyd olunur.

Dünyada son 30 il ərzində ən aktual münaqişələrdən olan “Qarabağ münaqişəsi”  elmi iş olaraq universitet alimləri və tələbələri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Q.İbrahimov eyni zamanda hüquq müdafiəçisidir. 2005 – 2009 cu illərdə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 2010 – 2011 ci illərdə Kiyev Milli Polis Akademiyasının  hüquq fakültəsini (magistr) bitirib.

2017-ci ildən xarici vətəndaşlara hüquqi yardım şirkəti  fəaliyyət göstərir. 2020-ci ildən etibarən “ANALİTİK VƏ İNFORMASİYA PLATFORMASI” İctimai təşkilatının sədridir. Diaspora  fəaliyyəti ilə məşğuldur.

Platform4.news saytının təsisçisidir.

 

 

Diaspornews.az kollektivi olaraq, soydaşımız politolog Qulu İbrahimovu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki