image-2000x150
image-received_1259336317921715backend

Ukraynadakı soydaşlarımızın Polşaya təxliyəsi işində diasporumuz fəallıq göstərir

image-768x150

Ukraynadakı münaqişə ilə bağlı olaraq əhali əsasən ölkənin qərbindəki sərhəd-keçid məntəqələrindən təxliyə olunur. Buna görə Ukraynanın Polşa ilə sərhəd-keçid məntəqələrində də gərginlik yaşanır. Sərhədi keçənlər arasında soydaşlarımız da var. Soydaşlarımızın Polşaya təxliyəsi işinə aidiyyəti dövlət qurumları ilə yanaşı, Polşa Azərbaycanlıları Şurası başda diaspor təşkilatlarımız da dəstək göstərirlər. Bu baxımdan Polşanın Krakov şəhərindəki Xarı-Bülbü Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyasının üzvləri də fəallıq göstərirlər. Xarı-Bülbü Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri Muxtar Şeyxzamanlı “Diaspornews.az“a bildirib ki, Ukraynadakı böhranla əlaqədar  olaraq Polşaya keçən vətəndaşlarımızın təxliyəsini, yerləşdirilməsi, ərzaq və su ilə təminatını könüllü olaraq şəxsi vəsaitimiz hesabına həyata keçiririk: “Bu istiqamətdə Varşavada Polşa Azərbaycanlıları Şurası ilə yaxından əməkdaşlıq edirik. Bundan əlavə Kiyev və Xarkov şəhərlərində sosial şəbəkələr vasitəsilə azərbaycanlıları koordinasiya edərək mərkəzləşmə təşəbbüsündə iştirak edirik. Eyni zamanda keçid məntəqələrinə çatan və artıq keçən vətəndaşlarımız arasında da koordinasiya apararaq 20-30 nəfərlik qruplar yaratmağa və onları yaşadığımız şəhərlərdə qonaq etmək istiqamətində çalışırıq”.

Xatırladaq ki, bütün bu işləri Muxtar Şeyxzamanlı assosiasiyanın idarə heyətinin üzvləri Elmir Qocayev, Ülkər Əzizova, Müşfiq İbrahimov, Kamran Sultanlı, Murad Hüseynli, Rəşad Nəsirli və Fərəh Ağazadə ilə birgə edir.
Nəzərə çatdıraq ki, Kiyev və Xarkovda qalan və artıq Polşa sərhəddində olan vətəndaşlarımız üçün Xarı-Bülbü Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyası tərəfindən ayrı-ayrılıqda Whatsapp qrupları yaradıllb. Koordinativ hərəkət etmək və hər kəsin vaxtında məlumatlandırılması üçün bu çox önəmlidir. Əgər tanıdığınız bildiyiniz şəxslər varsa zəhmət olmasa yönləndirin.
Kiyev: https://chat.whatsapp.com/FwZBcsZOuin4cDCBE8mqr3

Xarkov: https://chat.whatsapp.com/EW1id16DLnl4OeY5JveYTY

Lvov istiqamətində Polşa sərhəddi:
https://chat.whatsapp.com/BarSNKMKsRL2ScvcgpdZFD

image-received_958568075030383

image-received_488790526191961

image-received_500323861523928

image-received_537879857490888

image-received_1162248277648229

image-received_1066842160547276

image-received_543283756917079

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki