Ukraynada müharibə olmasına baxmayaraq, mərkəz və regionlarda müxtəlif ictimai-siyasi tədbirlər keçirilir. Bu baxımdan ötən həftə Dnepr şəhərində Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin Ukrayna-Azərbaycan mədəniyyət və biznes mərkəzində keçirilən “Bütün dünya uşaqları sülh naminə” adlı beynəlxalq tədbir diqqət çəkir.
“Diaspornews.az” xəbər verir ki, tədbirə Dineprdəki azərbaycanlı uşaqlar da iştirak edib. Eyni zamanda tədbirə Azərbaycan Ukrayna Konqresi Yasamal rayon nümayəndəsi Lidiya Şestak-Əliyevanın rəhbərliyi ilə Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri də onlayn qoşulublar.
Tədbiri giriş sözü ilə Ukrayna-Azərbaycan mədəniyyət və biznes mərkəzinin direktoru, filologiya elmləri namizədi, dosent Gennadi Onişenko açıb. O deyib ki, millət böyük və kiçik molekullardır: “Yəni insanlar-böyüklər və uşaqlardır. Molekulların böyüməsi üçün onlara düzgün baxılmalıdır. Mədəniyyətinizə, dilinizə, tarixinizə, ailənizə hörmət edin – bunlar uşaqların inkişafına kömək edən molekullardır. Bu məqsədlə belə bir tədbiri təşkil etmişik.
Ukraynalı və azərbaycanlı uşaqların xoşbəxt üzlərini görmək xoşdur; həqiqətən başqasının ağrısını hiss edirlər, bir-birlərinə xoş sözlərlə dəstək olmağa çalışırlar. Sevinirəm ki, buna töhfə verən qayğıkeş insanlar var”.
Azərbaycan Ukrayna Konqresi Yasamal rayon nümayəndəsi Lidiya Şestak-Əliyeva çıxış edərək müharibə zamanı ukraynalı könüllülərin yardım kampaniyası haqda məlumat verib. Könüllülərin əl işləri nümayiş olunub.
Tədbirdə gələcəkdə həyata keçiriləcək birgə layihələrin müzakirəsi aparılıb.