image-2000x150
image-436610706_7666020903460112_1873758447921407548_nbackend

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

image-768x150

Polşada yaşayan soydaşlarımızın boş vaxtlarını səmərəli keçirməsi və şəxsi inkişafları üçün hər həftənin 2-ci və 6-cı günləri Varşava Azərbaycan Evində şahmat dərslərinin keçirilməsi planlanmışdır. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli özünün sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda bildirilir: “Dərslər Şahmat üzrə “1-ci dərəcə” sahibi Yaqubzadə Azər müəllim tərəfindən keçiriləcəkdir. Həftəiçi iş saatlarını nəzərə alaraq 2-ci gün keçirilməsi planlanan dərslər online formatda, 6-cı gün isə ənənəvi formatda Azərbaycan evində təyin edilmişdir. Dərs iştirakçıları üçün 2 qrup təyin edilmişdir.

1-ci qrup 8-15 yaş qrupu;

2-ci qrup 15+ yaş qrupu;

Əlavə olaraq onu da qeyd etmək istərdik ki, önümüzdəki aylarda soydaşlarımızı bu kimi maraqlı idman və digər sahələrə cəlb etmək üçün mütəmadi olaraq yarışlar, çempionatlar keçirilməsi nəzərdə tutulmuşdur”.

Dərslərdə qeydiyyatdan keçmək və ətraflı məlumatlar almaq istəyənlər +994 51 860 73 13 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki