Varşava Azərbaycan Evində Şəhidlərimizin anım mərasimi keçirilib. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli saytımıza məlumat verib.
Polşa Azərbaycanlıları Şurası tərəfindən keçirilən mərasimdə 40-dan çox soydaşımız iştirak edib. Şəhidlərimizin ruhuna yasin surəsi oxunmuş, ehsan süfrəsi təşkil olunub.
“Allah Şəhidlərimizə rəhmət eləsin.
Torpaq – uğrunda ölən varsa, VƏTƏNDİR!”,-deyə Fərid Cəfərli bildirib.