Mayın 18-də Polşanın Varşava Universitetində ənənəvi Dünya Mədəniyyətləri Sərgisi keçirilib. Həmin sərgidə bir çox ölkələrin, eyni zamanda Azərbaycanın da milli, mədəni guşəsinə yer verilib, sərgidə iştirak edən qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.
“Sərgidə Azərbaycanı Varşava Universitetinin azərbaycanlı tələbələri və Polşa Azərbaycanlıları Şurasının idarə heyətinin üzvləri təmsil ediblər. Tədbirdə sərgilənmək üçün Şura tərəfindən milli geyimlər və atributlar təqdim edilib”,- deyə Fərid Cəfərli bildirib.