image-2000x150
image-1708336364_338e4fdd-2884-4d62-bf75-edf308ff5a4abackend

Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb

image-768x150
18 fevral 2024-cü il tarixdə Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ilk dəfə olaraq Avropasa Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nu reallaşdırıb.
Forum Azərbaycan və Polşa himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Forumun ilk günü qonaqların qarşılanması, rəsmi açılış, təşkilati və texniki məsələlərə həsr olunub. İkinci gün isə çıxışlar, müzakirələr və diplom təltifləri ilə yadda qalıb.
Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Forum iştirakçılarını salamlayıb. F.Cəfərli Polşada yaşayan gənclərin diaspor işinə verdiyi töhvələrdən danışıb. O, həmçinin, bu kimi tədbirlərin reallaşmasının hər iki ölkə gənclərinin əlaqələndirilməsində müstəsna rolu olduğunu deyib.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasyası (ASGA) İctimai birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov göstərilən dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edib: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi olaraq bu sahədə ciddi təcrübəmiz var. Belə ki, son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, lobbi.az saytını yaratmışıq. Bu mənada “Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nun reallaşmasını fəaliyyətimizin məntiqi davamı kimi görürük. Layihəmiz Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Dəstəkdən dolayı Fondun rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Avropanın mərkəzində yerləşən Slavyan ölkələrinə surətli inteqrasiya indiki şəraitdə çox vacibdir. Polşa isə Avropada strateji gücə malikdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Forum hər bir iştirakçı üçün faydalı olacaqdır”.
Daha sonra Gənclər Fondunun rəsmisi Mübariz Qadirov çıxış edərək bu və bu kimi Forumların keçirilməsinin ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Gənclər Fondunun hər zaman bu kimi layihələri dəstəklədiyini deyən M.Qədirov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
ASGA İH-nin üzvü, iş adamı, “Minor” holdinqin rəhbəri Murad Kərimov çıxışında Azərbaycan-Polşa əlaqələrinin inkişafında iş adamlarının böyük rola malik olduğunu dedi. M.Kərimov gənc polyak iş adamları ilə əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasının vacib olduğunu dedi.
Daha sonra Polşanın gənc, tanınmış ictimai xadimi, Azərbaycanın milli maraqlarını öz fəaliyyətinin prioritet hissəsi hesab edən Mariya Yagodinskaya çıxış edərək Azərbaycanla, xüsusən də, hər iki ölkə gəncliyi ilə Forum çərçivəsində görüşlərin mühüm əhəmiyyət kəsdiyini dedi. Azərbaycana, xüsusən də, Şuşaya səfərindən danışan M.Yagodinskaya Qarabağın işğaldan azad olunmasını böyük tarixi hadisə adlandırdı.
Sonra Polşa Azərbaycanlıları Şurasının rəsmisi Şamo Qubadov çıxış edərək Polşada yaşayan Azərbaycanlı gənclərin fəaliyyətindən, aktivliyindən və qarşıda duran planlardan danışdı.
Polşada diaspor fəaliyyəti ilə fərqlənən Tuncay Novruzzadə çıxışında gənclər üçün belə Forumların xaricdə keçirilməsinin vacibliyindən söz açdı.
Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx Forum iştirakçılarına təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib.
Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.





image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki