image-2000x150
image-img-20220120-wa0040backend

“Vətənimizə olan borcumuz Azərbaycanımızın Misirdə ən yüksək səviyyədə təbliğini aparmaqdır”

image-768x150

Sədaqət Əliəşrəf: “Qalib ölkənin vətəndaşı olmaq isə mənim üçün çox böyük qürurdur”

Misirdəki “El Hedaya Co” şirkətinin rəhbəri, aktiv diaspor üzvü Sədaqət Əliəşrəfin “Diaspornews.az“a müsahibəsini təqdim edirik:

Vətən müharibəsində şanlı Zəfərdən sonra Misirdəki azərbaycanlılarının birliyi nə dərəcədə möhkəmlənib?
-Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdik. Misirdə yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən Misir və digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdik. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
2021-ci ilin 18 oktyabr Müstəqilliyin Bərpası Günü Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Misirdən diaspor nümayəndələri kimi mən, Sədaqət Əli Əşrəf “El Hedaya Co” şirkətin səhimdarı, Azərbaycanlı alim Seymur Nəsirov, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova, Tələbə Ibrahim, Əl-Əzhər Universitetin muəllimi İnara Osmanlı, gənc ixtiraçı-alim, “İntel isef” beynəlxalq müsabiqənin laureatı, “Miss Eco Azerbaijan 2020” qalibi Sandi Salem iştirak etmişdik. Qələbəmiz hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaratdı.
2021-ci ilin 12 dekabrın Misirin Qahirə şəhərində Diasporla İş üzrə Dövlət Komitənin təşkilatçılığı ilə DİDK-in sədr müavini Elşad Əliyev və komitə əməkdaşı Vəfa Hüseynovanın iştirakı ilə Ümumi Liderimiz Heydər Əliyevin Anım gününü keçirtdik.
Sonra isə Misirdə yaşayan azərbaycanlılarla Dünya Azərbaycanlıların Həmrəylik Gününü geyd etdik.

image-img-20220120-wa0041

-Sizin üçün diaspor məsuliyyəti nə deməkdir?
-Bu sualla tez-tez qarşılaşıram. Hər zaman cavabım dəyişilməz olaraq qalır. Hər bir azərbaycanlı vətəndən kənarda yaşayırsa, artıq Azərbaycanın diaspor lobbisinin üzvüdür. Vətənimizə olan borcumuz Azərbaycanımızın Misirdə ən yüksək səviyyədə təbliğini aparmaqdır. 20 il bundan əvvəl mən Misirə gələndə Azərbaycanı çox az tanıyan var idi: ya Rusiya Federasiyası, ya da Türkiyə kimi  tanıyırdılar. Bu günlərdə isə çox sevindirici haldır ki, artıq Azərbaycanı dünyanın hər bir nöqtəsində tanıyırlar. Qalib ölkənin vətəndaşı olmaq isə mənim üçün çox böyük qürurdur. Buna görə də Ali Baş Komandanımız İlham Əliyev cənablarına və bizim qəhrəman ordumuz qarşısında baş əyib təşəkkürlərimi bildirirəm.

image-img-20220120-wa0058

– Hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyəti sədri Seymur Nəsirovun rəhbərliyi ilə Misirdə diasporumuz günü-gündən inkişaf edir. Bu işə siz nə kimi öz töhfənizi verirsiz?
-Misirdə Azərbaycan diasporunun üzvü olaraq Azərbaycan dilinin dərslərini xarici tələbələrə tədris edirəm.
2018-2019-cu illərdə Qahirədə Ain Şəms Universitetin Türk dilli fakültəsinin 1500 misirli tələbəsinə Azərbaycan dilinin tədrisini etmişəm. Hal-hazırda isə xarici dil kurslarında Azərbaycan dilin tədrisini davam etdirirəm.
Həmçinin Azərbaycanın mədəniyyətini, mətbəxini, milli rəqslərini və geyimlərini,  qədim tarixinin təbliğını Misirin dövlət telekanalı-Nile Tvdə və misirli dostlarımla aparıram.
Beynəlxalq ALC-ın ( Azerbaijani Ladies Club ) üzvüyəm. Klub 50-dən artıq ölkədə yaşayan iş xanımlarının birliyidir.
Biz birlikdə olaraq azərbaycanlı xanımların sevimlisi, çox hörmət etdiyimiz Azərbaycanın birinci xanımı və vitse-prezident Mehriban Əliyevaya baxıb ilhamlanaraq çoxlu layihəmizə start vermişik.

image-img-20220120-wa0056

-Siz öz üç övladınızla artq diaspor ailəsinə çevirilibsiz. Övladlarınız sizə diaspor işində necə dəstək göstərirlər?
-Bəli, 2 qızım, 1 oğlum var. Mən bir azərbaycanlı anası olaraq öz övladlarımda da patriotik, vətənpərvərlik, vətənə sevgi hisslərini yaşatmağa çalışmışam.
Mənim qızım 6 yaşından İngilis məktəbində oxumağına baxmayaraq, məktəbin tədbirlərində Azərbaycan mahnılarını pianoda ifa edib və oxuyub. Bu mənim üçün bir valideyin kimi çox sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, xaricdə yaşasaq da övladlarım Azərbaycan dilində sərbəst danışır.
Mənin qızlarım Səbinə və Sandi “Qarabağ Azərbaycan” adlı ərəb dilində kitab yazıb və nəşr ediblər.
Zəfər Gününə həsr olunmuş daha bir layihəmiz “Azərbaycanı kəşf et” Misir üzrə rəsm müsabiqəsinin keçirilməsi idi. Bu layihədə 3000-nə yaxın misirli şagird və tələbə iştirak ediblər. Azərbaycanın Misirdəki səfiri cənab Tural Rzayevin dəstəyi ilə müsabiqənin Gala gecəsi səfirlikdə keçirildi. Qaliblər mənim və “El Hedaya Co” şirkətimin adından qiymətli hədiyyələrlə və şəhadətnamə ilə mükafatladırılar. Layihə çox böyük uğurla nəticələndi. “Azərbaycanı kəşf et” Misir üzrə rəsmi müsabiqəsini hər il keçirtməyini planlaşdırıram.
Sonda icazənizlə bir tövsiyəm olacaq.
Hər bir xaricdə yaşayan azərbaycanlıya tövsiyəm yaşadığınız yerdən asılı olmayaraq, bir saniyəlik belə, unutmayın ki, siz azərbaycanlısınız.
İnteqrasiya edin, lakin assimilyasiya olmayın!
Sözlərimi ümümi liderimiz Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Eşq olsun Qəhrəman Azərbaycan xalqına!
image-img-20220120-wa0057

image-img-20220120-wa0048

image-img-20220120-wa0047

image-img-20220120-wa0055

image-img-20220120-wa0053

image-img-20220120-wa0044

image-img-20220120-wa0063

image-img-20220120-wa0046

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki