Mayın 7-də Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri
Əli Kazımov “Moskva-Bakı” internet televiziyası nümayəndələri ilə birgə
İkinci Dünya müharibəsi veteranı, 95-ci Qvardiya Atıcı Diviziyasının Veteranlar Şurasının sədri, Stalinqrad döyüşlərinin, Proxorovka döyüşlərinin iştirakçısı Mariya Mixaylovna Roxlina ilə evində görüşüblər.
“Diaspornews.az” xəbər verir ki, qonaqlar Mariya Mixaylovna Roxlina ilə İkinci Dünya müharibəsi veteranı, Moskva, Leninqrad, Stalinqrad yaxınlığındakı döyüşlərin iştirakçısı,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın onlayn görüşünü təşkil ediblər. Kövrək anların yaşandığı onlayn görüşdə həri iki veterann xanım müharibə xatirələrini bölüşüblər.