Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Volqaqrad şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə Azərbaycan diasporu da fəal iştirak edib.
Belə tədbirlərdən biri də mayın 9-da Rusiya Federasiyasının Kirov şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə keçirilən yürüş olub.
Bu haqda “Diaspornews.az”a Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Nəhmədov məlumat verib.
Bu yürüşdə volqaqradlılarla yanaşı, şəhərin qonaqları, veteranlar, Volqaqrad vilayətində fəaliyyət göstərən
Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının
təşkilatçılığı ilə soydaşlarımız da iştirak edib.
Tədbirdə Volqaqrad vilayətinin qubernatoru çıxış edərək hər kəsi təbrik edib. Azərbaycan diasporunun nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olmuş həmvətənlərimizin şəkillərini tutublar.