image-2000x150
image-img-20220225-wa0061backend

Volqaqradda keçirilən “Ana dilim – Doğma dilim” adlı konsertdə azərbaycanlı gənc çıxış edib

image-768x150

Fevralın 18-də Rusiya Federasiyasının Volqaqrad şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən “Ana dilim – Doğma dilim” adlı konsert proqramında Azərbaycan diasporu da iştirak edib.

Bu haqda “Diaspornews.az”a Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Əhmədov məlumat verib.
Volqaqraddakı “Rovesnik” gənclik klubu tərəfindən təşkil olunan konsert proqramında Rusiya ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində mahnılar ifa ediblər. Bu tədbirdə ölkəmizi Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının gənc fəal üzvü Türkan Fərəciyeva təmsil edib. O, məşhur “Sizə salam gətirmişəm” mahnısın ifa edərək tamaşaçıların marağını cəlb edib. Sonda isə təşkilatçılar tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Xatırladaq ki, Türkan Fərəciyeva Volqaqrad şəhər Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir. O, eyni zamanda diaspor işində də aktivlik göstərir. Müxtəlif konsert proqramlarında çıxış edir. Bu vaxta kimi saysız fəxri fərman və diplomlara layiq görülüb.

image-img-20220226-wa0006

image-img-20220225-wa0056

image-img-20220225-wa0052

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki