Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru A.İ. Boçarov Volqoqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Nəhmətovu “Təşəkkürnamə” ilə təltif edib. “Diaspornews.az” xəbər verir ki, Volqoqradda ilin yekunları ilə bağlı keçirilən mərasimdə Bəhram Nəhmətova qubernator şəxsən “Təşəkkürnamə”ni təqdim edib. Qeyd edək ki, həmyerlimiz gənclərin vətənpərvərlik tərbiyəsi, ekstremizmin qarşısının alınması sahəsində fəal işinə və millətlərarası sülhün və harmoniyanın möhkəmlənməsinə verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, Volqoqrad vilayətinin Səhiyyə Komitəsi də “Tibbi xidmətlərin ixracının inkişafı (Volqoqrad vilayəti)” regional layihəsində fəal iştirakınıza və dəstəyinizə görə Bəhram Nəhmətovu Diplomla təltif edib. Eyni zamanda Komitənin rəhbəri A.I.Sebelev adından həmyerlimizə minnətdarlıq məktubu göndərilib: “2023-cü ilin oktyabrında “Volqoqrad vilayətində tibbi turizm günləri” tədbirinin uğurla keçirilməsinə verdiyiniz şəxsi töhfəni qiymətləndirməmək mümkün deyil. Biz Volqoqrad vilayətinin mədəni və humanitar beynəlxalq əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfənizibyüksək qiymətləndiririk və qarşılıqlı əlaqəyə hazırıq. Biz mövcud əlaqələri qoruyub saxlayacağımıza əminik və uzunmüddətli əməkdaşlığa ümid edirik”.