image-2000x150
image-0eaede28-3e05-4f90-8442-bc551ba3a566backend

Vyanada izdihamlı Xocalı mitinqi təşkil olunub

image-768x150

Xocalı Soyqırımının 31 ili münasibəti ilə Avstriyanın Vyana şəhərində izdihamlı mitinq təşkil olunmuşdur. Azərbaycan Respublikası və Avstriyanın dövlət himnindən sonra,Xocalı Soyqırımında şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

31 ölkədən mitinqə axışan 1000 dən çox iştirakçılar çətin hava şəraitinə baxmayaraq yekdil şəkildə həmrəylik nümayiş etdilər.

Mitinqdə iştirak edən müxtəlif ölkələrdə yaşayan diaspor fəallarınin bir amalı var.
31 ildir “Xocalıya Ədalət” deyib haqq səsimizi ucaltmaqdır.

Niderland Krallığında fəaliyyət göstərən təşkilat və icma üzvləri bu mitinqın aktiv iştirakçılarından idilər.
Benilüks Azərbaycanlıları Konqresi, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları birliyi, Niderland Belçika Koordinasiyası şurasının üzvləru, Azərbaycan evinin üzvləri, Dünya Xanımları Kulu və digər diaspor fəalları var idilər.

Niderland Belçika Koordinasiyası şurasının üzvü Mayisə Ağamirzəyeva mitinqın moderatorlarından biri idi.
BAK sədri Elsevər Məmmədov öz çıxışını niderland dilində edərək iştirakçılara Xocalı Faciəsindən danışdı.

Mitinq zamanı Azərbaycan dilindəndən başqa İngilis, Niderland, Rus, Latviya, Norveç, Fin, Gürcü, Yunan, İvrit, Serb, Fransız,İspan, Polyak, Çex və s. dillərdə çıxışlar oldu. Həmçini bir çox ölkələrdən dəvət alan əcnəbi qonaqlar da Xocalı Gebosidindən danışdılar.

Niderlandlı Azərbaycan sevər Henri van Rens faciənin hələ də hüquqı ədalət tapmadığının ağlasığmaz olduğundan söylədi.

Xocalı Soyqırımı xalqımızın qanlı həriflərlə yazılmış acı tarixinın əsas hissələrindəndir.

Xalqımız durduqca dünyadan Xocalı Soyqırımına Ədalət tələb edəcək !!!

BAK mətbuat xidməti

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki