image-2000x150
image-img_20231001_000428backend

“WorldFood Moscow 2023” sərgisində milli yeməklərimizlə bağlı ustad dərsi keçirilib

image-768x150

Xəbər verildiyi kimi, sentyabrın 19-22-də Moskvadakı “Krokus-Ekspo” Sərgi Kompleksində 32-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi keçirilib. Bu il “WorldFood Moscow” sərgisində 39 ölkədən 1000-dən çox şirkət öz məhsullarını təqdim edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, qurudulmuş meyvə, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 19 Azərbaycan şirkəti ilə təmsil olunub.
Xatırladaq ki, sərgidə Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin üzvləri Ulduz Əskərova və Günel Ağayeva plov və səbzi qovurma hazırlanması üzrə ustad dərsi keçiblər. Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi bu ustad dərsinin keçirilməsini soydaşlarımıza həvalə edib. “Bu, unudulmaz təcrübə idi. Ölkəmizi belə genişmiqyaslı tədbirdə təmsil etmək çox həyəcanlı idi, amma məncə biz bunu bacardıq. Tamaşaçılar plovumuzun dadına baxdılar və sevindilər”, – deyə Ulduz Əskərova tədbirlə bağlı öz təəssüratını saytımıza bölüşüb.

image-received_1323406981603303

image-received_1367947094117173

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki