image-2000x150
image-68c292cc-dbed-4fd6-bdb0-8ff52d0ac707backend

Xeyirli işlər günü

image-768x150

Dekabrın 26-da Dünya Azərbaycanlılarının Gəmrəyliyi Günü, eləcə də Yeni il bayramı münasibəti ilə Krasnoyarsk diyarının Regional Azərbaycanlı Milli-Mədəni Muxtariyyətinin nümayəndələri – Muxtariyyətin sədr müavinləri Azər Mustafayev, Ayaz Məmmədov, Mütalib İbişov və Aqil Cəfərov, həmçinin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk bölməsinin və RAGT-nın SibFU Azərbaycan Tələbələr İttifaqının fəalları Krasnoyarskın “Rodniçok” uşaq evində olublar.

Proqram çox zəngin olub və bütün uşaqları sevindirb. Qonaqlar animatorla birlikdə uşaqlarla tanış olub, onlarla oynayıb, dairəvi rəqslər oynayıb və hər birinə bayram hədiyyələri təqdim ediblər. Cavab olaraq uşaqlar öyrəndikləri şeirlərlə hər kəsi sevindiriblər.

Uşaqlarla görüşdən sonra qonaqların uşaq evinin rəhbərliyi ilə də söhbəti olub, burada 2023-cü ildə əməkdaşlıq məqsədləri qarşıya qoyulub, həmçinin Azərbaycan muxtariyyətinin nümayəndələrinə və gənclərə fəallıqlarına görə təşəkkürnamə təqdim olunub. Öz növbəsində Muxtariyyətin nümayəndələri uşaq evinə uşaqların  asudə vaxtlarını keçirmək üçün musiqi mərkəzi.hədiyyə təqdim ediblər.

0
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki